Tədbiri giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iştirakçıları salamlayıb, məhkəmə ekspertizası sahəsində fəaliyyətin təkmilləşdirilməsi və mövcud problemlərin həlli məqsədilə yaradılmış Şurasının İşçi qruplarında təmsil olunan ARVK üzləri ilə bu istiqamətdə müzakirələrin keçirilməsinin əhəmiyyətindən danışıb.
Sədr diqqətə çatdırıb ki, ölkə başçısının 07 avqust 2024-cü il tarixli Sərəncamı ilə yaradılmış Məhkəmə Ekspertizası Şurasına Kollegiya da üzv seçilib. Bu Şurada qeyri-dövlət, müstəqil təsisat olan ARVK-nın təmsil olunması Kollegiyaya və vəkilliyə göstərilən çox yüksək etimaddır. Ekspertiza sahəsində vəkillərin təcrübədə rastlaşdığı problemlər, o cümlədən bu institutun inkişafı, təkmilləşdirilməsi ilə bağlı gələcəkdə aparılacaq islahatlar üzrə təkliflərin mütləq qaydada Şuranın müzakirəsinə təqdim olunması çox zəruridir. Çünki vəkillər həm mülki, həm də cinayət prosessual sahəsində ədalət mühakimə icraatında fəal iştirak edən çox önəmli peşə sahibləridir. Birinci növbədə məhkəmə ekspertizasının müstəqilliyi, qərərsizliyi və obyektivliyi tam təmin edilmədir. Eyni zamanda bu istiqamətdə beynəlxalq təcrübə və yerli problemlər öyrənilməlidir.
Həmçinin Anar Bağırov ARVK-nın məhkəmə ekspertizası sahəsindəki problemlərin həllinə, o cümlədən hüquq sisteminin müasir tələblərə uyğunlaşdırılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Sonra ARVK-nın sədr müavini Şahmar Məmmədov çıxış edərək Məhkəmə Ekspertizası Şurasında yaradılmış İşçi qruplarında təmsil olunan vəkillərin fəaliyyət istiqamətindən danışıb, Kollegiya üzvləri ilə bir sıra müzakirələr aparıldığını, təkliflər hazırlanaraq Şuraya təqdim edildiyini söyləyib. Eyni zamanda sədr müavini vurğulayıb ki, bu sahədə işlər davam etdirilir və digər təkliflər də hazırlanaraq Şuraya göndəriləcək.
9Sources
-
e-huquq.azVəkillər Kollegiyasında Məhkəmə Ekspertizası Şurasının İşçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib ( 13833997)
-
manset.azVəkillər Kollegiyasında vəkillərlə görüş keçirildi ( 13833988)
-
sia.azMəhkəmə Ekspertizası Şurasının işçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib ( 13833277)
-
azertag.azMəhkəmə Ekspertizası Şurasının işçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib ( 13832122)
-
olke.azMəhkəmə Ekspertizası Şurasının İşçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib ( 13831381)
-
moderator.azMəhkəmə Ekspertizası Şurasının İşçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirildi ( 13831066)
-
ikisahil.azVəkillər Kollegiyasında Məhkəmə Ekspertizası Şurasının İşçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib ( 13830715)
-
demokrat.azVəkillər Kollegiyasında Məhkəmə Ekspertizası Şurasının İşçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirilib ( 13830439)
-
teleqraf.comMəhkəmə Ekspertizası Şurasının İşçi qruplarında təmsil olunan vəkillərlə görüş keçirildi ( 13830103)