Uzun müddətdir ki, zədəli olan Emin Mahmudovun qış fasiləsinə kimi “Neftçi”yə kömək edə bilməyəcəyi dəqiqləşib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar”ın kapitanı zədəsini sağaltmaqla məşğuldu. Təcrübəli futbolçu komandayla birgə məşqlərdə iştirak edə bilmir.
Bir müddət əvvəl MRT müayinəsindən keçən futbolçunun ilin sonuna kimi oynaması gözlənilirdi. Lakin daha sonradan klub həkimləri kapitanın oynamasının riskli ola biləcəyini nəzərə alıb. Bu baxımdan da, Mahmudovun qarşıdakı iki oyunda da “Neftçi”yə kömək edə bilməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, yarımmüdafiəçisi Misli Premyer Liqasının XII turunun “Araz-Naxçıvan”la oyununun (0:1) sonunda zədələnmişdi.