İranın paytaxtı Tehranda yüksək hava çirkliliyi səbəbindən çərşənbə və cümə axşamı bütün təhsil səviyyələrindəki məktəblər, müəssisə və təşkilatlar bağlanacaq.İRNA-nın məlumatına görə, Tehran Bələdiyyəsi paytaxtda davam edən və bütün qruplar üçün qeyri-sağlam həddə çatan hava çirkliliyi ilə bağlı açıqlama verib.Havanın yüksək səviyyədə çirklənməsi səbəbindən Tehranın Firuzköh və Dəmavənd rayonları istisna olmaqla, bütün bölgələrində məktəbəqədər, ibtidai, orta, lisey məktəb və universitetləri, həmçinin özəl və dövlət müəssisə və təşkilatları iki gün müddətinə bağlanacaq.Bayram günlərində banklar, səhiyyə və xidmət mərkəzləri işləməyəcək.Tehran Hava Keyfiyyətini Ölçmə Şirkətinin apardığı ölçmələrə görə, bu gün Tehranda havanın çirklənməsi hər kubmetr üçün 158 mikroqram olub. Bu göstərici o deməkdir ki, havanın keyfiyyəti bütün yaş qrupları üçün qeyri-sağlamdır.