EN

“Sumqayıt”ın daha bir önəmli futbolçusu "əldən çıxır"

2023-ün yayından “Sumqayıt”ın şərəfini qoruyan Rövlan Muradov klubdan ayrıla bilər.

Buna səbəb 26 yaşlı futbolçuya olan təkliflərdir.

“Qəbələ”nin yetirməsi kimi tanıdığımız cinah oyunçusu Premyer Liqanın bir neçə klubunun diqqət mərkəzindədir.

Müdafiənin sağında və solunda, eləcə də yarımmüdafiədə çıxış etmək bacarığı ilə seçilən universal futbolçunun qış fasiləsində iş yerini dəyişəcəyi çətin görünür.

“Sumqayıt”la mövsümün sonuna qədər müqaviləsinin olması “elçiləri” bir qədər səbrli davranmağa məcbur edir. Yayda danışıqlar masası arxasında əyləşmək rahat olacaq.

Muradov “kimyaçılar”ın heyətində bütün yarışlarda meydana çıxdığı 55 oyunda 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Maraq üçün bildirək ki, “Sumqayıt”ın digər istedadlı yarımmüdafiəçisi “Neftçi”nin maraq dairəsindədir. \\SPORTİNFO.AZ

Chosen
16
1
hurriyyet.az

2Sources