EN

“Hər şey o qədər asan deyildi, amma biz bunu bacardıq”

Almaniyanın "Bild" qəzeti növbəti dəfə "Nürnberq"in və Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin açıqlamasına yer verib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı forvard qış fasiləsinə qədər keçiriləcək iki oyundan danışıb:

“Həqiqətən də rahat bir tətil keçirmək üçün xeyli sayda xal qazanmaq lazımdır. Qarşıdakı iki oyunda qalib gəlməliyik.

Bunun üçün mübarizə aparacağıq. “Fyurt”la oyundan əvvəl də ("Nürberq" 4:0 hesablı qələbə qazanıb -red.) hər şey bizim üçün o qədər asan deyildi, amma biz bunu bacardıq”.

"Nürnberq" dekabrın 15-də 16-cı turda "Köln"lə qarşılaşacaq. Dekabrın 21-də isə komanda "Ayntraxt"ı (Braunşveyq) qəbul edəcək. Komanda hazırda 19 xalla 12-ci pillədə qərarlaşıb.

Chosen
28
sportinfo.az

1Sources