EN

ABŞ Dövlət Departamenti Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlayıb

“ABŞ hakimiyyəti Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər”. 

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton Gürcüstan hakimiyyətinə qarşı istənilən vasitələrdən, o cümlədən sanksiya məhdudiyyətlərindən istifadə etməyə hazırdır.

Miller etiraf edib ki, belə sanksiyalar hətta ABŞ prezidenti Co Baydenin indiki administrasiyası dövründə də tətbiq oluna bilər.

“Biz şəxsi sanksiyaların tətbiqi də daxil olmaqla, Gürcüstanı bu addımlara görə məsuliyyətə cəlb etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik”, - deyə siyasətçi bildirib.

Bununla belə, Miller bu cür sanksiyaların kimlər üçün hazırlandığını və hansı məhdudiyyətləri əhatə edəcəyini açıqlamayıb.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
21
missiya.az

1Sources