EN

Dişlər niyə tündləşir? – Həkim səbəblərdən DANIŞDI

Ağappaq təbəssüm bir çox insanın arzusudur. Lakin zamanla dişlər daha tünd rəng ala bilər. Bunun düzgün olmayan qidalanmadan tutmuş ciddi xəstəliklərə qədər bir çox səbəbi ola bilər.

Medianews.az oxu.az-a istinadən verdiyi məlumata görə, rusiyalı həkim-stomatoloq, parodontoloq Niyat Kadiyeva dişlərin niyə qaraldığı və bu problemi necə həll etmək barədə danışıb.

O qeyd edib ki, dişlərin rəng dəyişikliklərini şərti olaraq iki böyük qrupa bölmək olar – anadangəlmə və sonradan qazanılmış dəyişikliklər.

“Anadangəlmə diş rəngi dəyişiklikləri hamilə qadının müəyyən dərmanlar, məsələn tetrasiklin antibiotiklərini qəbul etməsi ilə əlaqəli ola bilər. Bu, həmçinin piqment mübadiləsinin pozulması ilə əlaqəli anadangəlmə xəstəlik də ola bilər”, – deyə o bildirib.

Stomatoloqun sözlərinə görə, rəng dəyişikliyinin səbəblərindən biri də sudakı flüorun artıqlığı ola bilər. Bu zaman flüoroz baş verir – dişdə ağdan tünd qəhvəyi rəngə qədər ləkələr əmələ gəlir.

“Lakin biz çox vaxt qazanılmış diş qaralmalarını görürük. Böyük qrup – mayelərdən, qidadan aldığımız piqmentlərdir. Bura siqaret çəkməyi də aid etmək olar. Tütün piqmenti, giləmeyvələr, meyvələr, tərəvəzlər, çay, qəhvə və bəzi digər məhsullardan gələn piqment əvvəlcə dişlərin səthində oturur, sonra isə daxili qata – dentinə nüfuz edərək dişi daha dərindən rəngləyir”, – deyə stomatoloq bildirib.

Dişlər niyə tündləşir? - <span style=color:red>Həkim səbəblərdən DANIŞDI

Həkim yaş dəyişikliklərini də qeyd edib. O bildirib ki, həyat boyu dişlərimizin mina qatı aşınır, nazikləşir və buna görə də piqmentin içəri nüfuz etməsi daha asan və sürətli olur, bundan da dişlərin daha tünd rəngi yaranır.

Stomatoloq bildirib ki, daha az hallarda dişlərin qaralması hər hansı dərmanların və ya ağız boşluğu üçün qarqara məhlullarının istifadəsi ilə əlaqədar olur. Bu problem, həmçinin zərərli istehsalatda işləyənlərdə müşahidə oluna bilər.

“Lakin elə hallar olur ki, yalnız bir diş qarala bilər. Çox vaxt söhbət nə vaxtsa kiçik ağ ləkə ilə başlayan, dişin içində və ya xaricində tünd qəhvəyi, yaxud qara ləkə ilə bitən kariyes prosesinin inkişafından gedir. Ola bilər ki, kariyes artıq sinirin iltihabına və ya sinirin artıq öldüyü prosesə keçib. Bu, dişin içindəki sinir-damar dəstəsində dəyişikliklərə səbəb olur və bununla da rəng dəyişir. Eyni sxem üzrə diş travması özünü göstərir – əzilmə və ya sınıq zamanı sinir-damar dəstəsinin bütövlüyü pozulur və rəng dəyişir”, – deyə mütəxəssis bildirib.

Dişlər niyə tündləşir? - <span style=color:red>Həkim səbəblərdən DANIŞDI

Həkim digər qrupun – müəyyən plomb materialları ilə müalicə edilmiş dişlər olduğunu bildirib.

Dişlərin ağlığını necə qaytarmaqdan danışarkən həkim qeyd edib ki, səbəbdən asılı olaraq üsullar fərqli ola bilər.

“Birinci və ən əsası – vaxtında ixtisaslı stomatoloqa müraciət etməkdir. Birinci mərhələdə peşəkar diş təmizliyi və fərdi gigiyena vasitələrinin seçimi olacaq. Bəzi hallarda bu kifayət edəcək, bəzilərinə isə ağız boşluğunda bütün kariyeslərin və ya sinir iltihabı şəklində ağırlaşmaların müalicəsi lazım olacaq. Ola bilər ki, həkim ağartma təklif etsin, bu həm kliniki, həm də ev şəraitində ola bilər. Həmçinin dişlərin qaralması probleminin həlli variantlarından biri vinirlərin hazırlanması ola bilər ki, burada siz özünüz bəyəndiyiniz diş rəngini seçə bilərsiniz”, – deyə stomatoloq qeyd edib.

Sonda o vurğuladı ki, müntəzəm profilaktik müayinələr və altı ayda bir dəfə profilaktika üçün peşəkar diş təmizliyi bir çox problemlərin qarşısını almağa kömək edəcək.

Chosen
53
23
medianews.az

10Sources