EN

İki türk dövləti ərəb ölkəsinə girir – Gizlinlər…

Əliyev Ərdoğanla telefon söhbətində Azərbaycanın Suriyada Türkiyə ilə birlikdə hərəkət edəcəyini və humanitar dəstək verəcəyini bildirib. Bakı və Ankaranın Suriyada birlik nümayiş etdirməsi strateji müttəfiqlik sazişinə uyğun olaraq, iki ölkənin xarici siyasətdə addımlarını eyniləşdirmək hədəflərinə əsaslanır.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə çıxış edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Azərbaycan post-Əsəd Suriyasında iştiraka bir neçə kontekstdə maraqlıdır:

“- Suriya xalqının humanitar problemlərin həllində iştirakı ərəb dünyası ilə münasibətlər fonunda sərfəli gedişdir;
– Bakı İraq türkmanları ilə əlaqələrin qurulmasından sonra Suriyadakı türkmanlarla da daha sıx əlaqələr qura, Yaxın Şərq siyasətinə təsir edə biləcək faktor əldə edə bilər;
– Suriyada yer almaq Bakıya bu ölkədə mübarizə aparan müxtəlif güc mərkəzləri (ABŞ, İsrail, İran, Rusiya) ilə münasibətlərdə diplomatik manevr imkanları qazandırır”.

A.Nərimanlı hesab edir ki, Azərbaycanın dəstəyi Suriyada Türkiyənin əlini gücləndirə biləcək faktordur:

“Mövcud vəziyyətdə Suriyada maraqlı ölkələrin heç biri Ankaranın müttəfiqi deyil. Türkiyə Azərbaycanın timsalında öz müttəfiqini prosesə daxil etməklə daha güclü cəbhə qurmaq istəyir;
– Bakı Suriyadakı proseslərin inkişafında maraqlarının toqquşacağı gözlənilən Ankara-Təl-Əviv arasında ortaq mövqelərin tapılmasında körpü ola bilər”.

Nigar

Chosen
33
13
tribunainfo.az

7Sources