EN

Nazir: Planımız ölkəmizdə təhsil alan xarici tələbələrin sayını artırmaqdır

“Tələbə mübadiləsini artırmaq niyətindəyik”.

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və ali təhsilin beynəlmilləşməsi tədbirində Elm və təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, 2007-ci ildən başlayaraq xaricdə təhsil üzrə Dövlət proqramına start verilib.

"Bu proqram Azərbaycanın tarixində böyük təşəbbüslərdən biridir. Proqram hələ cavandır. Növbəti 30-40 ildə proqramın faydalarını görə biləcəyik".

Nazir əlavə edib ki, tələbə mübadiləsini artırmaq niyətindəyik. Son illər Azərbaycanda təhsil alan xarici tələbələrin sayında artım görürük. Planlarımız ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrin sayını artırmaqdır. COP9 dövründəki görüşlərdə gördük ki, xarici dövlətlər öz vətəndaşlarını Azərbaycanda təhsil almağa göndərməyə maraqlıdırlar".

Chosen
27
azedu.az

1Sources