EN

Azərbaycan donor ölkəsi kimi tanınır - Yalçın Rəfiyev

Bakı. Trend:

Azərbaycan donor ölkəsi kimi tanınır.

Trend xəbərverir ki, bunu Elm və Ali Təhsilin Beynəlmilləşməsi Forumundaçıxışı zamanı xarici işlər nazirinin müavini Yalçın Rəfiyevdeyib.

"Ölkənin gələcəyi üçün insan kapitalının formalaşdırılmasındauniversitetlərdən gözləntilər böyükdür", - o bildirib.

Nazir müavini qeyd edib ki, hər sahədə yerli kadrlarınhazırlanması kifayət qədər mühüm məsələdir.

“Beynəlxalq təhsil qrantları bütün dünyada tələbələrin xariciölkələrdə təhsil almasının əsas vasitəsidir. Bu vasitə iləistedadlı tələbələr aşkarlanır və doğru yönləndirilir”, - deyə obildirib

Y.Rəfiyev əlavə edib ki,Azərbaycanın son illərdə inkişaf edəndonorluq siyasəti sayəsində ölkə yeni donor ölkəsi kimitanınır.

“Ölkəmiz 140-dan çox xarici dövlətə, Qoşulmama Hərəkatına üzvdövlətlərin böyük hissəsinə. Afrikanın, demək olar ki, bütündövlətlərinə, Karib hövzəsinin böyük əksəriyyətinə humanitar vədigər istiqamətlərdə yardımlar göstərib”, - deyə o vurğulayıb.

Chosen
33
2
az.trend.az

3Sources