EN

Fərid Axundov vəzifədən gedir -

Fərid Axundov 1 yanvar 2025-ci il tarixindən etibarən "PAŞA Bank"ın Müşahidə Şurasından ayrılacağını açıqlayıb.Metbuat.az xəbər verir ki, bu barədə, o, sosial media hesabında paylaşım edib.
    “PASHA Bank-ın Azərbaycanda aparıcı maliyyə qurumuna çevrilməsinə şahidlik etməkdən həm peşəkar bankir, həm də bu möhtəşəm ölkənin vətəndaşı kimi qürur duyuram. Fəaliyyətimi Bakı Fond Birjasının Müşahidə Şurasının sədri olaraq davam etdirəcəm” - deyə paylaşımda qeyd olunub.

    Xatırladaq ki, Fərid Axundov PAŞA Bankda öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin Sədri qismində başlayıb və 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.

    Chosen
    33
    16
    metbuat.az

    10Sources