EN

Rusiyadan Azərbaycana pul köçürmələri iki dəfə azaldı - RƏQƏMLƏR

Fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmində 2 dəfədən çox azalma qeydə alınıb.

Valyuta.az xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Rusiyadan Azərbaycana 829,4 milyon dollar köçürüldüyü halda, bu ilin eyni dövründə 411 milyon dollar köçürülüb.

Bu ilin 9 ayında Rusiyadan pul köçürmələri 418 milyon dollar azalıb.

Qeyd edək ki, Rusiyadan pul köçürmələri azalmadan sonra 2021-ci ilin 9 ayındakı səviyyəyə yaxınlaşıb. Həmin ildə 409 milyon dollar köçürülmüşdü.

Rusiyadan köçürmələr 2022 və 2023-cü ildə yüksək olub. Köçürmələrin həcmi 2022-ci ilin 9 ayında 2,267 milyard dollar, 2023-cü ilin 9 ayında 830 milyon dollar idi.

©Sfera.az 

Chosen
4
49
valyuta.az

10Sources