EN

Fransa klubunda Poqba səsləri

Pol Poqba karyerasını Fransada davam etdirmək istəyir.

Apasport.az xəbər verir ki, antidopinq qaydalarını pozduğuna görə hələ də cəza çəkən fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqba yeni klubu ilə bağlı qərar verib.

31 yaşlı yarımmüdafiəçi karyerasını "Marsel"də davam etdirmək istəyir.

Xatırladaq ki, İdman Arbitraj Məhkəməsi futbolçu tərəfinin arqumentlərini nəzərə alaraq cəzasını 4 ildən 1,5 ilə endirib. Buna görə də, Poqba yanvarda rəsmən məşqlərə başlaya bilər.

Polun keçmiş klubu “Yuventus” futbolçu ilə müqavilə müddətini ləğv etdiyi üçün o, transfer bazarına azad agent kimi daxil olacaq.“Marsel” özü hələ Poqba ilə müqavilə imzaladığını açıqlamayıb. Yanvarda tərəflərin rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.

“Qalatasaray”da yeni müqavilə - RƏSMİ

Türkiyədə ən çox axtarılan futbolçu bəlli olub

Salah Premyer Liqada ayın ən yaxşısı seçilib

Nabi Keytanın yeni klubu müəyyənləşib

İngiltərəli hakim istefaya göndərildi

Chosen
11
1
apasport.az

2Sources