EN

Rekord rüblük gəlir

İspaniyanın Inditex Group şirkəti (Zara, Pull & Bear, Bershka, Stradivarius, Massimo Dutti, Oysho və s. brendlərin sahibidir) maliyyə ilinin üçüncü rübündə (avqust-sentyabr 2024) rekord xalis mənfəət əldə edib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, buna baxmayaraq, şirkətin səhmləri 6% ucuzlaşıb, belə ki, nəticələr analitiklərin proqnozlarından daha pis olub.

Rübün sonunda Inditex-in xalis mənfəəti 1,68 milyard avro təşkil edib ki, bu da ötən illə müqayisədə 6% çoxdur. Ötən il bu göstərici 1,59 milyard avro təşkil edib. Bununla belə, Factset-in sorğusunda iştirak edən analitiklər, Inditex-in üçüncü rübdəki gəlirinin 1,77 milyard avroya çatacağını gözləyirdilər.

Şirkət, Inditex üçün əsas bazar olan İspaniyada daşqınların və bəzi mağazaların bağlanmasının rüblük nəticələrə əhəmiyyətli dərəcədə təsir etmədiyini qeyd edib. Avronun dollar qarşısında zəifləməsi vəziyyətə daha güclü təsir edib. Bununla belə, hesabata görə, valyuta dəyişmələri nəzərə alınmadan dördüncü rübün əvvəlində satışlar ötən illə müqayisədə 9% artıb.

Chosen
32
1
ikisahil.az

2Sources