EN

Dəmir yolu ilə 236 milyon tondan çox yük daşınıb



Cari ilin yanvar-noyabr ayları arasında Qazaxıstanın dəmir yolları ilə 236 milyon tondan çox yük daşınıb,

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ümumilikdə ölkə daxilində 154 milyon tondan çox yük daşınıb. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. 82 milyon ton yük ixraca göndərilib.

Bu müddət ərzində 92,6 milyon ton kömür daşınıb ki, bunun da 65,5 milyon tonu daxili müştərilərə göndərilib.

27,1 milyon ton kömür ixrac edilib. Taxıl daşınması da xeyli artıb. 9,2 milyon ton taxıl yüklənib, onun 7 milyon tonu xaricə göndərilib. Respublika daxilində taxıl daşımalarının həcmi ötən illə müqayisədə 11 faiz artaraq 2,2 milyon tona çatıb.

Mehman Mehdiyev
Chosen
43
newscenter.az

1Sources