EN

Bakıda təntənəli açılış-Premium avtohəvəskalar üçün eksklüziv məkan

(®) 6 dekabr 2024-cü il tarixində Bakıda, Heydər Əliyev prospekti, 191 ünvanında yerləşən yeni Maserati avtomobil mərkəzinin möhtəşəm açılış mərasimi keçirildi. Bu müasir 4S mərkəzi, İtaliya avtomobil sənayesinin incisi olan Maserati brendinin pərəstişkarları üçün əsas məkan olacaq.

Mərkəz özündə avtomobil satışı, texniki xidmət, eksklüziv aksessuarların təqdimatı və bir çox digər xidmətləri birləşdirir. Maserati brendi ilə bağlı hər bir ehtiyacı təmin etmək üçün nəzərdə tutulmuş bu mərkəz, Azərbaycanda premium avtomobil sevənlər üçün yüksək səviyyəli xidmətlər təqdim edir.

Yeni 4S mərkəzi, həm brendin beynəlxalq standartlarına uyğunluğu, həm də müştərilərin rahatlığını təmin etmək üçün müasir texnologiyalar və dizayn həlləri ilə təchiz olunmuşdur. Maserati-nin Azərbaycandakı yeni mərhələsi, avtomobil sənayesində keyfiyyət və mükəmməllik axtaranları özünə cəlb etməkdə iddialıdır.

Bu açılış, ölkədə avtomobil sənayesində yeni bir səhifə açır və Maserati brendinin Azərbaycanda daha geniş auditoriya ilə tanış olması üçün möhtəşəm imkan yaradır.

Ötən ilin dekabr ayında Maserati butikinin açılışı və Maserati Grecale modelinin təqdimatı ilə başlayan bu yol, innovasiyanın və dəbdəbənin mükəmməl vəhdəti ilə azərbaycanlı avtomobil həvəskarlarının rəğbətini qazanmışdı.

Bu uğurlu başlanğıcın davamı olaraq, Maserati brendi premium avtomobil sevənlər üçün xüsusi dizayn edilmiş yeni diler mərkəzini təqdim edir. 500 kvadratmetrlik geniş və dəbdəbəli şourumu ilə bu mərkəz, yalnız satış deyil, həm də yüksək səviyyəli sertifikatlı servis xidmətlərini təklif edərək müştərilərə maksimum rahatlıq və lüks xidmət təcrübəsi təmin edir.

Maserati-nin bu yeni mərkəzi, premium sinif avtomobil sənayesinə marağı olan hər kəs üçün eksklüziv bir məkan olmaqla yanaşı, Azərbaycanda brendin keyfiyyət və mükəmməllik səviyyəsini bir daha vurğulayır.

Tədbirə fəxri qonaqlar olaraq Maserati-nin regional direktoru Filip Klaverol və İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko qatıldılar. Onların iştirakı, bu mühüm açılışın region üçün xüsusi əhəmiyyətini bir daha vurğuladı.

Açılış mərasimində Maserati brendinin ən qabaqcıl modelləri təqdim edilib:

Bu il Maserati üçün xüsusi əlamətdardır, çünki dünya avtomobil sənayesinin əfsanəsi öz 110 illik yubileyini qeyd edir. Bir əsrdən çoxdur ki, Maserati sürət, dəbdəbə və İtalyan incəliyinin simvolu olaraq qalır.

“Bu, təkcə bizim üçün deyil, həm də Maserati brendi üçün xüsusi bir ildir. Biz fəxr edirik ki, bu möhtəşəm yubileyi sizinlə birlikdə qeyd edə bilirik,” – deyə Filip Klaverol vurğuladı.

Mərkəzdə Maserati-nin ən möhtəşəm modelləri ilə tanış olmaq mümkündür: Grecale, Gran Turismo və MC20. Hər biri sürət, dəbdəbə və müasir dizaynın mükəmməl nümunəsidir. Bundan əlavə, müştərilər Maserati Fuoriserie proqramı vasitəsilə öz fərdi parametrlərinə uyğun avtomobil sifariş edə bilərlər və ya xüsusi olaraq GT2 Stradale modelini əldə etmək imkanına malikdirlər.

Maserati MC20 – brendin texnologiya və yüksək performans dövrünü təcəssüm etdirən flaqman modelidir. Model Formula-1 texnologiyalarından ilhamlanan Nettuno mühərriki ilə təchiz olunmuşdur. MC20, yalnız sürət deyil, həm də yenilikçilik və mükəmməlliyin əsl simvoludur.

Maserati Grecale Trofeo – lüks və performansı birləşdirən mükəmməl yüksək sinif avtomobilidir. 530 at gücünə malik V6 mühərriki sayəsində avtomobil 3,8 saniyədə 100 km/s sürətə çatır. Geniş interyeri, qabaqcıl texnologiyaları və dəbdəbəli dizaynı ilə Grecale Trofeo gündəlik istifadə üçün ideal seçimdir.

Hər iki model Maserati-nin İtalyan sənətkarlığının və mühəndislik bacarığının ən yüksək zirvəsini nümayiş etdirir. Yeni mərkəzimizdə bu avtomobillərlə daha yaxından tanış ola və İtalyan avtomobil sənayesinin unikal dünyasına daxil ola bilərsiniz.

Maserati Fuoriserie proqramı, müştərilərə öz üslubunu və fərdiliyini əks etdirən avtomobil yaratmaq imkanı təqdim edir. Rənglərdən interyer materiallarına qədər hər bir detalı seçərək, yalnız sizin üçün hazırlanmış Maserati-nin sahibi olun. Bu proqram Maserati-nin eksklüzivliyə və fərdi yanaşmaya olan bağlılığını əks etdirir.

Maserati GT2 Stradale – güc, zərif dizayn və ümumi istifadəyə uyğunlaşmanı bir araya gətirən əsl incidir. Bu unikal model artıq sifariş üçün açıqdır, və biz sizi bu avtomobilin sahibi olmaq üçün hər mərhələdə dəstəkləməyə hazırıq.

Bizim missiyamız, ilk ziyarətinizdən başlayaraq, hər an sizə sevinc və unudulmaz təəssüratlar bəxş etməkdir. Maserati mərkəzində sizi lüks, fərdilik və İtalyan mükəmməlliyinin unikal dünyası gözləyir.

mərkəz maserati avtomobil satışı texniki xidmət Maserati Grecale Filip Klaverol Luka Di Canfrançesko Grecale Gran Turismo MC20
Chosen
12
3
marja.az

4Sources