EN

Cim Kerri "Sonic"ə qayıdır

2022-ci ildə təqaüdə çıxmaq vədini verməsinə baxmayaraq, Hollivud komediya aktyoru Cim Kerri "Sonic" franşizasının üçüncü hissəsində dəli alim Doktor Robotnik rolunda yenidən böyük ekranlarda görünəcək.

Paralel.az Oxu.Az-a istinadən xəbər verir ki, Hollivud ulduzunun qayıdışı təkcə personaja olan sevgisi deyil, həm də maliyyə çətinlikləri ilə bağlıdır.

"Bu kinoaləmə qayıtdım, çünki burada dahi obrazını oynaya bilərəm. Düzünü desəm, xeyli pul xərcləmişəm, mənə pul lazımdır", - deyə aktyor etiraf edib.

"Sonic 3"də Cim Kerri təkcə ənənəvi mənfi qəhrəman Doktor Robotnik rolunu deyil, həm də yeni antaqonist - həyat yoldaşının ölümünə görə qisas almaq və dünyanı məhv etmək ideyası ilə yaşayan Professor Cerald Robotnik rolunu canlandıracaq.

90-cı illərin komediyalarındakı parlaq rolları ilə tanınan Kerri son on ildə "Sonic" trilogiyasından başqa iri layihələrdə çəkilməyib və yalnız "Kidding" serialının iki mövsümündə, "True Crimes" indi-detektivində və "The Bad Batch" dəhşət filmində görünüb.

Chosen
14
4
paralel.az

7Sources