EN

İlon Maskın sərvəti 400 milyard dolları ötdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerikalı iş adamı İlon Mask sərvəti 400 milyard dollara çatan ilk şəxs olub.
Oxu.Az xəbər verir ki, "Bloomberg"in Milyarderlər İndeksi"nə görə, Maskın xalis sərvəti bir anda təxminən 50 milyard dollar artaraq, 439,2 milyard dollara çatıb.
Bu, ona məxsus "SpaceX" şirkətinin səhmlərinin satışı sayəsində baş verib.
Qeyd edək ki, Maskın sərvəti Donald Trampın keçən ay seçkidə qələbə çalmasından sonra artıb. Belə ki, iş adamı siyasətçinin ən böyük donoru və dəstəkçisi olub.
Chosen
14
1
oxu.az

10Sources