EN

"Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər var" - "Elfsborq"un baş məşqçisi

style='margin-bottom:10px;'>

"Elfsborq"un baş məşqçisi Oskar Hilyemark Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda sabah "Qarabağ"a qarşı keçirəcəkləri ev oyunu haqqında danışıb.

QOL.az xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında matçın çətin keçəcəyini, lakin Ağdam təmsilçisinə qalib gəlmək gücündə olduqlarını söyləyib: 

"Qarabağ" güclü komandadır. Onların heyətində topla fərdi şəkildə yaxşı davranan futbolçular var. Düşünürəm ki. bu komanda yaxşı oyunçulardan təşkil olunub. Lakin "Qarabağ"ın müdafiə xəttində zəif cəhətlər var.

Şanslarımızı yüksək qiymətləndirirəm. 2024-cü ildə son görüşümüzə çıxacağıq. "Qarabağ"la matçı səbirsizliklə gözləyirik. Ümid edirik ki, bu oyun bizim üçün uğurlu olacaq".

Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.

Chosen
2
4
teleqraf.com

10Sources