EN

Avropa silahları Ermənistandan Rusiyaya daşınır

Avropa İttifaqının sanksiyalarına baxmayaraq, Ermənistana silah tədarükü əhəmiyyətli dərəcədə artıb.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə “The İnsider” yazır.

Bildirilir ki, İtaliyadan Ermənistana atıcı silahların ixracı 2019-cu ildəki 68 ədəddən 2023-cü ildə 1862 ədədə yüksəlib. Bu, Avrasiya İqtisadi İttifaqı ölkələrinə, o cümlədən Ermənistana ixracı məhdudlaşdıran sanksiyalardakı boşluqlar sayəsində mümkün olub.

İttifaq ölkələrindən birində verilən icazələr onun bütün üzvlərinin ərazisində etibarlıdır ki, bu da silahların Rusiyaya daxil olmasına imkan verir. Bu silahların bəziləri Rusiya snayperləri tərəfindən Ukraynaya qarşı müharibədə istifadə edilib.

Məlumata görə, üç il ərzində region ölkələrinə silah tədarükünün ümumi həcmi 2,5 dəfə artıb.

Chosen
11
1
medianews.az

2Sources