EN

Orta illik inflyasiya 2 faizdir

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 102 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 101 faiz, qeyri-qida məhsulları üzrə 101,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 103,8 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 104,4 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 104,4 faiz, qeyri-qida məhsulları üzrə 102,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106 faiz olub. Ötən ay istehlak qiymətləri indeksi oktyabr ayına nisbətən isə 100,7 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 101,4 faiz təşkil edib.

Noyabrda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun düyünün, yulaf yarmasının, mal ətinin, balıq konservlərinin, qatığın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, azalma isə təzə balığın, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz olub. Bu növ məhsullara aid olan geyimlərin, inşaat materiallarının, mebellərin, zərgərlik məmulatlarının qiymətlərində artım, mobil telefon, noutbuk və məişət cihazlarının qiymətlərində isə əksinə, azalma qeydə alınıb. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Noyabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə oktyabra nisbətən 100,2 faiz təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım, əsasən, tibbi laboratoriya xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, hava nəqliyyatı ilə xarici ölkələrə sərnişindaşıma xidmətlərinin müşahidə olunub. Bununla belə, MDB ölkələrinə hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində azalma baş verib. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər qeydə alınmayıb.

Chosen
5
18
xalqqazeti.az

10Sources