Bakı. Trend:
2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Yunanıstanakimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə48,2 faiz artaraq, 588 milyon 69 min 62 dollara bərabər olub.
Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə Yunanıstana 35 milyon 37 min 25dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu dakeçən ilin noyabr ayı ilə müqayisədə 39,5 faiz çoxdur” – deyənazirlikdən bildirilib.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin kimyəvi məhsulixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq, 28milyard 147 milyon 342 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 2 milyard 535 milyon 204 mindollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilinnoyabr ayı ilə müqayisədə 11,1 faiz azdır” – deyə nazirlikdənbildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024)Türkiyə 30 milyard 843 milyon 824 min dollar məbləğində kimyəviməhsul ixrac edib.