EN

Kütləvi iğtişaşlara görə axtarılan Azərbaycanda tutuldu 

  Rusiyanın Sverdlovsk vilayətində məhkəmədən qaçaraq 10 ildir federal axtarışda olan yerli sakin Azərbaycanda saxlanılıb.

 Astara rayonunda 59 yaşlı kişi Azərbaycanın cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, əvvəllər Yekaterinburqda yaşayıb. 2014-cü ildə həmin şəhərdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 212-ci (Kütləvi iğtişaşlar) maddəsi ilə ittiham olunsa da, məhkəmədən gizlənib.

Hələlik təqsirləndirilən şəxs Azərbaycanda ev dustaqlığına buraxılıb.

Hazırda onun ekstradisiyası məsələsi həll edilir.//Lent.az


Chosen
10
44
referans.az

10Sources