Yaxın günlərdə Bakı-Balakən istiqamətində sərnişin daşınmasına start veriləcək.

İndex..az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəhbəri Rövşən Rüstəmov bildirib.

“Artıq deyə bilərəm ki, buna sayılı günlər qalıb. Tezliklə ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacağıq. Hazırlıq işləri tamamlanmaq üzrədir: infrastruktur tam hazırdır, stansiyalarda təmir işləri yekunlaşır. Yaxın vaxtlarda bunun şahidi olacağıq”, – deyə R. Rüstəmov bildirib.

Report