EN

Putin ruslara müraciət edib

Rusiya prezidenti Vladimir Putin ruslara müraciət edərək, onları dekabrın 12-də qeyd olunan Konstitusiya Günü münasibətilə təbrik edib.

SİArus saytlarına istinadən xəbər verir ki, bubarədə Kremlin rəsmi Telegram kanalında məlumat verilib.

Kremldə dövlət mükafatlarının təqdimetmə mərasimində təbriklər səsləndirilib.

Çıxışında Putin vurğulayıb ki, ölkənin 30 ildən çox əvvəl qəbul edilmiş əsas qanunu əsasən Rusiyanın və onun dövlətçiliyinin taleyini müəyyənləşdirdi, həmçinin Rusiya cəmiyyətinin əsas dəyərlərini təsbit edən bütün hüquq sisteminin əsasına çevrildi.

O, əlavə edib ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklər milyonlarla rusiyalının iradəsinin ifadəsidir və dövlətin inkişaf yolunu, habelə vətəndaşlarının öz hüquqlarını, azadlıqlarını, adət-ənənələrini və kimliyini müdafiə etməyə hazır olduğunu aydın şəkildə göstərir.

...Bu mübarizənin önündə baş verən hadisələri dürüst və düzgün əks etdirən güclü, cəsarətli insanlar dayanır, - deyə prezident bildirib.

Daha əvvəl Putin bildirib ki, 2020-ci ildə Konstitusiyaya edilən dəyişikliklər nəticəsində ölkə parlamentinin rolu artıb. Onun sözlərinə görə, Əsas Qanun vətəndaşların hüquq və azadlıqlarının möhkəm təminatlarını yaradıb, parlamentin xarici görünüşünü də müəyyən edib.

Əli Babayev

Chosen
55
sia.az

1Sources