EN

Tramp Netanyahuya güvənmədiyini bildirib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu andiçmə günü - 2025-ci il yanvarın 20-nə kimi Qəzza zolağında döyüşləri dayandırmağa çağırıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Time jurnalı məlumat yayıb.


Onun məlumatına görə, respublikaçı seçki kampaniyası zamanı telefon danışıqları zamanı yəhudi dövlətinin hökumət başçısını vəzifəyə başlayana kimi Qəzzada “düşmənçilikləri dayandırmağa” çağırıb. “O, bilir ki, mən bunun bitməsini istəyirəm”, – Tramp nəşrlə söhbətində İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında silahlı qarşıdurmaya toxunaraq deyib. O, həmçinin qan tökülməsini istəmədiyini vurğulayıb və Yaxın Şərq münaqişəsinin müsbət nəticələnəcəyinə əminliyini bildirib.

Bununla belə, jurnal hesab edir ki, Trampın andiçmə gününə qədər Qəzzada hərbi əməliyyatların sona çatması çox az ehtimaldır. Time-a görə, “İsrail və ABŞ-da çoxları” Netanyahunun istefasına səbəb ola biləcək növbədənkənar seçkilərin qarşısını almaq üçün münaqişəni qəsdən uzatmaqda şübhələnir. Tramp da öz növbəsində İsrailin baş nazirinə etimadla bağlı sualı cavablandırarkən “heç kimə güvənmədiyini” vurğulayıb.

 

Nigar

 

Chosen
16
50
oxu24.com

10Sources