Moldova Prezidenti Maya Sandu Aİ diplomatik xidmətinin keçmiş rəhbəri Cozep Borreli ali dövlət mükafatı - Respublika ordeni ilə təltif edib.
“Qafqazinfo” xəbər verir ki, müvafiq sərəncam prezidentin saytında dərc olunub.
“Moldova Respublikasının Avropa yolunun ardıcıl dəstəyinə və milli təhlükəsizliyin möhkəmləndirilməsi üzrə səylərinə, habelə ölkəmizin maraqlarının Avropa təsisatlarında təşviqinə görə təltif olunur”, - sənəddə qeyd olunub.