EN

Kişilər niyə üzük taxmır?

Qadınlardan fərqli olaraq, kişilər barmağına üzük taxmağı sevmir.

Kişilər müxtəlif bəhanə ilə üzük taxmaqdan yayınır. 

Psixoloq Aynur Əliyeva Hit.az-a şərhində bildirib ki, bizim mentalitetimizdə xanımların üzük taxmasına önəm verilir: 

“Ancaq qadınlar istəyir ki, yoldaşları üzük taxsınlar. Düzdür, bu bəzi mənbələrdə belə göstərilir ki, qısqanclığa görə xanımlar belə edir ki, yoldaşımın əlində üzük olsun, yəni ona başqa insanlar baxmasın, söz deməsinlər. Amma əlbəttə ki, mən hər zaman vurğulayıram ki, bu, qarşı tərəfin, qadının özgüvəninin aşağı olması ilə əlaqəlidir. Üzük taxmayan kişini bəyənməyən qadında əslində özgüvən problemi var. Yəni, özün istəyirsən taxa bilərsən, amma bu nişan üzüyüdür, istəsə taxar, istəməsə taxmaz. Üzük taxmaq insanın öz seçimindən aslıdır. İnsan sevdiyinə xəyanət etmək istəyirsə və bunu ağlına qoyubdursa, bunun üzük taxmaqla əlaqəsi yoxdur. Üzük sadəcə simvoldur, yəni evliliyin rəmzlərindən biridir”.

Sevinc

Chosen
57
hit.az

1Sources