EN

Ərdoğan Blinkeni hava limanında qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.

Paralel.az ” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Prezidentlə dövlət katibi arasında Esenboğa hava limanında baş tutan görüş mətbuata bağlı olub.

Görüşdə həmçinin xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun, Prezident Administrasiyasının rəhbəri və səfir Həsən Doğan və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

Chosen
13
8
paralel.az

9Sources