Bakı. Trend:
Brüsseldə avropalı tərəfdaşlarla keçirilən görüşdə enerjiməsələləri və bu qış mümkün böhran riskləri müzakirə edilib. Eynizamanda, Moldova və regionun sabitliyi üçün Avropa İttifaqının (Aİ)dəstəyinin əhəmiyyəti vurğulanıb.
Trend-inməlumatına görə, bu barədə Moldova Prezidenti Maya Sandu Brüsselsəfərinin yekunlarına dair açıqlamasında bildirib.
Prezident, həmçinin avropalı tərəfdaşlarla 2025-ci ildə VahidAvropa Ödəniş Zonasına qoşulmaq üzrə danışıqları başa çatdırmağarazılaşıb. Bu, moldovalıların Aİ bankları ilə apardıqlarıəməliyyatlara görə vergi ödəməməsi və rouminq tariflərinin tamləğvini mümkün edəcək.
Səfərin digər mühüm mövzusu Moldovada kiçik və ortasahibkarlığın inkişafı, infrastruktur və məskunlaşmalarınmodernləşdirilməsi üçün Aİ tərəfindən göstərilən maliyyə dəstəyiolub.
Maya Sandu hakimlərin qiymətləndirilməsi prosesinin müsbətnəticələrindən də danışıb və vətəndaşların dövlət qurumlarınainamının artırılması, korrupsiyaya qarşı mübarizəninsürətləndirilməsi və Aİ ilə yaxınlaşma istiqamətində mühümaddımların atılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Sandu Brüsselə səfəri çərçivəsində AvropaKomissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqıŞurasının Prezidenti Antonio Kosta, Avropa Parlamentinin sədriRoberta Metsola və digər rəsmilərlə görüşüb.