EN

18 yaşlı şahmatçı Kasparovun rekordunu DAĞITDI-GÖRÜN KİMDİR

Dekabrın 12-də Sinqapurda hindistanlı Qukeş Dommaraju və çinli Dinq Liren arasında dünya çempionatının final oyunu keçirilib.
32gun.az xəbər verir ki, 18 yaşlı hindistanlı qara fiqurlarla oynayıb və 58-ci gedişdə qalib gələrək tarixdə 18-ci dünya çempionu olub.  
Qukeş üç, rəqibi iki qələbə qazanıb, doqquz oyun isə heç-heçə ilə başa çatıb.
Dommaraju dünya kubokunun hazırkı qalibini üstələyib və 1985-ci ildə 22 yaşında şahmat tacı uğrunda görüşdə qalib gələn 13-cü rusiyalı dünya çempionu Qarri Kasparovun rekordunu qırıb.
Qeyd edək ki, qarşılaşma Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən təşkil olunub.


Ayxan


Chosen
22
azia.az

1Sources