EN

Valyuta qadağasının olduğu Suriyada Türk lirəsindən istifadəyə başlayıb

Bəşər Əl Əsəd rejimindən sonra Suriyada yalnız siyasi deyil, iqtisadi böhran da yaşanır. Əsədin Suriyasında illərlə qadağan edilən dollar və Türk lirəsi, Suriya lirəsinin böyük dəyər itirməsindən sonra yenidən istifadəyə başlanılıb. Banklar və valyuta məntəqələrində ciddi çətinliklər yaşanıb.

Banker.az xəbər verir ki, Türkiyənin “Sözcü” qəzetinə danışan bir Suriya vətəndaşı Əsəd rejimini belə izah edib: ?Əsəd dövründə yalnız Suriya pulu istifadə olunurdu. Digər valyutalar heç bir şəkildə keçərli deyildi. Suriya pulunu yalnız mərkəzi bankdan ala bilirdik. Pulun idarəsi dövlətin nəzarətində idi. İndi hər şey dəyişib?.

2024-cü il iyunun 20-də Əsəd, Suriya lirəsindən başqa bütün valyutaları qadağan edən qanun qəbul etmişdi. Bu qanuna əsasən, Suriya vətəndaşları hər hansı bir məhsul və ya xidməti almaq üçün yalnız Suriya lirəsindən istifadə etməyə məcbur olurdu. Əhəmiyyətli dərəcədə devalvasiyaya etmiş valyuta ilə alış-veriş etmək alıcılıq qabiliyyətini böyük ölçüdə məhdudlaşdırıb. Bu qanuna əməl etməyən şəxslər həbs cəzası ilə üzləşirdi.

?Biz burada istehsal edib Suriya lirəsi ilə alış-veriş edirik?. Müxbirin ?Dollar və ya TL keçərli deyildimi?? sualına isə ?Xeyr, istifadə etmirik, çünki istifadə etsəydik, həbs cəzası veriləcəkdi? deyə cavab verib.

Suriyaya gələn əcnəbilərin isə dollar istifadə etməsinə icazə var idi. Türk lirəsi isə daha da mümkünsüz bir vəziyyətdə idi. Yeni idarəetmə sisteminin hələ bəlli olmaması ilə birlikdə Türk lirəsi hələ də keçərli deyil.

Türk lirəsini Türkiyədən Şama çatdırmaq mümkün deyil. Valyuta məntəqələrində isə Türk lirəsini və ya dolları Suriya lirəsinə çevirmək mümkün deyil. Buna görə də cibində Türk lirəsi olanlar ən böyük çətinliyi yaşayır.

13 illik müharibə ilə iqtisadiyyatı tamamilə məhv olmuş ölkədə gündəlik alış-veriş üçün belə qalın dəstələrdə Suriya lirəsi tələb olunur. Öz ölkəsinə qayıdanların və əcnəbilərin cibində isə dollar, Türk lirəsi kimi valyutalar var. Belə vəziyyətdə ehtiyaclar və tələblər əsasında bazar öz şərtlərini formalaşdırıb.

Valyuta məntəqələri hətta marketlər artıq dollar və Türk lirəsini qəbul etdiklərinə dair lövhələr asmağa başlayıb. Lakin bu valyutaların hansı məzənnə ilə dəyişdiriləcəyinə dair heç bir sistem mövcud deyil.

Şam Ticarət Palatasının rəhbəri Basil Hemvi yeni idarəetmənin “rəqabətə əsaslanan sərbəst bazar sistemi quracağını? açıqlayıb. Lakin bu sistem qurulana qədər ticarətin istənilən valyuta ilə aparılacağını bildirib. Hələb və İdlib kimi mühüm mərkəzlərdə geniş yayılan Türk lirəsinin paytaxt Şamda da özünü göstərməsi gözlənilir.

Chosen
32
22
banker.az

10Sources