Türkiyə Kubokunun 4-cü turunda Konyaspor 2-ci Liqa təmsilçisi Kepezsporu böyük hesabla məğlub edərək növbəti mərhələyə yüksəlib.Metbuat.az xəbər verir ki, Konya Böyükşəhər Stadionunda keçirilən görüşdə "Konyaspor" rəqibini 9:0 hesabı ilə darmadağın edib. Komandanın qollarını Blaz Kramer (7 və 45+1-ci dəqiqə), Melih Bostan (11, 69 və 85-ci dəqiqə), Prip (35-ci dəqiqə), Tunahan Taşçı (42-ci dəqiqə), Danijel Aleksic (77-ci dəqiqə) və Melih İbrahimoğlu (89-cu dəqiqə) vurub.Bu nəticə ilə "Konyaspor" Türkiyə Kubokunda ən çox qol vurulan ikinci oyuna imza atıb.Qeyd edək ki, "Konyaspor"un 9:0 qələbə qazandığı matç Türkiyə Kuboku tarixində ən çox qol vurulan ikinci oyun olub. Birinci yerdə isə 1998-ci ildə "Beşiktaş"ın "Çorluspor"u 10:0 hesabı ilə məğlub etdiyi oyun qərarlaşıb.