Bakı, 13 dekabr, AZƏRTAC
"Qələbə qazandığımız üçün xoşbəxtəm".
AZƏRTAC xəbər verir ki, bu sözləri İsveçin "Elfsborq" komandasının baş məşqçisi Oskar Hilyemark UEFA Avropa Liqasının əsas mərhələsində “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri VI tur oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
O, vacib qələbə əldə etdikləri bildirib: "Milad bayramından öncə yaxşı qələbə oldu. Futbolçularımla qürur duyuram. Meydanın ot örtüyü çox sürüşkən idi. Lakin üç xal qazandıq. Böyük klublara qarşı da belə oynaya bilərik".