EN

Təchizat Mərkəzi bu şirkətdən 21 milyonluq avadanlıq alır

İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.

Valyuta.az xəbər verir ki, tender fizioterapiya üçün tələb olunan spesifik cihaz və avadanlıqların satın alınması ilə bağlı idi. Tenderin qalibi “Medsol” MMC olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 21 milyon 40 min 228 manatdır. 

Qeyd edək ki, “Medsol” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Salmanov Qabil Nazim oğlu, nizamnamə kapitalı 100 manatdır.

Əvəz Həsənov

Chosen
27
1
valyuta.az

2Sources