EN

İsmayıllının Topçu kəndində toyuqlar niyə kütləvi şəkildə QIRILIR? – Rəsmi AÇIQLAMA - FOTO

Artq bir aya yaxındır ki, İsmayıllı rayonun Topcu kəndində ev quşları kütləvi şəkildə tələf olmağa başlayıb. 

Bu məlumatı Bizim.Media-nın Aran bürosuna kənd sakinləri bildiriblər.

Onlar bu vəziyyətdən ciddi narahat olduqlarını dilə gətiriblər. Rayon baytarları hadisəni havaların qeyri-sabit keçməsi ilə əlaqələndirsələr də, kütləvi tələfolmanın konkret hansı səbəbdən baş verdiyi məlum deyil. 
 

Son bir neçə gündə Topçu kəndində 120-yə yaxın ev quşu tələf olub. Kənd sakinləri bildirir ki, quşların qırılması bir neçə gündur ki, davam edir. Buna görə də tələfatın qarşısını almaq məqsədi ilə digər ölmüş quşlar basdırılıb. 


Məsələ ilə bağlı rayonun Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinin rəisi Mahir Bayramov yerli büromuza bildirib ki, həmin ərazidə baş verən hadisə ilə bağlı müraciətimiz əsasında Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional idarəsinin əməkdaşları rayona ezam olunub. Hadisə yerinə baxış keçrilib və ölmüş toyuqlardan nümunələr götürülüb.

Bildirilib ki, labaratoriya analizlərindən sonra xəstəliyin hansı səbəbdən baş verməsi ilə əlaqədar içtimaiyyətə məlumat veriləcək. 

Qeyd edək ki, bu xəstəlik son günlər toyuqlarla yanaşı hind toyuqları arasında da yayılmağa başlayıb. Bü günə qədər kənddə ümumilikdə 500 başdan çox ev quşları tələf olub.














Bizim.Media, Aran bürosu

Chosen
27
bizim.media

1Sources