EN

Ödənişli xidmətlərin mütləq əksəriyyəti hüquqi şəxslərin payına düşüb

Cari ilin yanvar-oktyabr aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9 faiz artaraq 6 milyard 188 milyon manat olub. Bakı Şəhər Statistika İdarəsindən SİA-ya bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 933,3 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 95,9 faizini təşkil edib.

Chosen
6
8
sia.az

10Sources