EN

ABŞ-nin sanksiya qərarı anlaşılmaz və mənasızdır - Papuaşvili

“Seçkilərdə məğlub olan ABŞ administrasiyası Amerika xalqı adından Gürcüstan kimi mühüm tərəfdaşla münasibətləri korlayır”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ABŞ-nin tətbiq edəcəyi viza sanksiyalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırkı administrasiya Kapitol binası yaxınlığındakı nümayiş iştirakçılarını uzun illər həbslə cəzalandırdı.

“Demokratiya bir halda bir məna, digər halda başqa bir məna daşıya bilməz”, - spiker söyləyib.

Ş.Papuaşvili bildirib ki, hazırkı administrasiya Saakaşvilinin hakimiyyəti dövründə baş vermiş qanun pozuntularına nə bir sanksiya tətbiq edib, nə də bir kəskin reaksiya verib.

“Buna görə də getməkdə olan ABŞ administrasiyasının mövqeyi anlaşılmaz və mənasızdır”, - parlament sədri deyib.

Qeyd edək ki, ABŞ Gürcüstanın 20-yə yaxın rəsmi şəxsinə viza sanksiyaları tətbiq edib. Onların arasında hökumət və parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşları var. Həmin şəxslərin adları və vəzifələri hələ açıqlanmır.


Müəllif: Cəmilə Babayeva
Chosen
6
teleqraf.com

1Sources