EN

Mərkəzi Bank 2 sığorta agentinin lisenziyasını ləğv edib

Bakı, 13 dekabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.

AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, bu qərar noyabrın 27-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar, onların qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq ləğv olunub.

Chosen
26
10
azertag.az

10Sources