EN

Daha 2 sığorta agentinin lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.

Bu barədə Milli.Az-a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar noyabrın 27-də "Sığorta fəaliyyəti haqqında" qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar, onların qüvvəsinin dayandırılmasına əsas vermiş halların müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı nəzərə alınaraq ləğv olunub.

Milli.Az

Chosen
34
10
milli.az

10Sources