EN

ABŞ-də Suriya həbsxanasının keçmiş rəhbərini 100 ildən artıq həbs cəzası gözləyir

Amerika Birləşmiş Ştatlarında Suriyanın paytaxtı Dəməşqin mərkəzi həbsxanasının keçmiş rəhbəri Samir Osman əl-Şeyx məhbuslara işgəncə verməkdə ittiham olunur və onu 100 ildən çox həbs cəzası gözləyir...

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

72 yaşlı müttəhim 2005-2008-ci illərdə Suriya həbsxanasına rəhbərlik edib. Məhkəmənin fikrincə, o, tabeliyində olan işçilərdən siyasi və digər məhbuslara ağrı və əzab verməyi tələb edib.

Əl-Şeyx 2020-ci ildə ABŞ-a mühacirətə yollanıb və üç ildən sonra vətəndaşlıq üçün müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, o, ştatlarda yaşamaq icazəsi almaq üçün cinayətləri barədə yalan danışıb.

Poliqon.info

Chosen
31
1
poliqon.info

1Sources