EN

Cənubi Koreya müxalifəti ikinci impiçment səsverməsini tələb edir

Cənubi Koreyada müxalifət qüvvələri dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq etmək qərarını elan edən prezident Yun Sok Yolun impiçmenti üçün növbəti səsvermənin keçirilməsini tələb edir. Şənbə günü, dekabrın 7-də keçirilən sonuncu səsvermə uğursuz olub.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Demokrat Partiyasının lideri Li Çje Men bildirib ki, impiçment ölkədə 6 saatlıq hərbi vəziyyətlə pozulan konstitusiya quruluşunu bərpa etmək üçün "ən təsirli yoldur”.
O, əvvəllər "sona qədər mübarizə aparacağına” söz verən prezidentin sözlərini "xalqa qarşı müharibə” elanı adlandırıb.

Parlamentdə çoxluğa sahib olan müxalifət partiyaları ikinci dəfə impiçment proseduruna başlayıb.

Qeyd olunur ki, onun təsdiqi üçün hakim "Xalq gücü” partiyasının ən azı 8 üzvünün dəstəyi lazımdır.

Bildirilir ki, qərar qəbul olunarsa, iş 6 ay ərzində prezidentin gələcək taleyini həll edəcək Konstitusiya Məhkəməsinə veriləcək.

Nizami Bağırov
Chosen
4
qaynarinfo.az

1Sources