Vitse-spiker: "Makron üçün Gürcüstanda baş verənlərdə təəccüblü heç nə olmamalıdır"
Gürcüstan parlamentinin birinci vitse-spikeri Giorgi Volski Fransa prezidenti Emmanuel Makronu tənqid edib.
Demokrat.az xəbər verir ki, yerli televiziyadakı çıxışında G. Volski bildirib ki, Gürcüstanda seçkilər azad və ədalətli şəkildə baş tutub:
"Siz yaxşı bilirsiniz ki, bir müddət əvvəl Fransada silsilə nümayişlər oldu, hüquq-mühafizə orqanları əməkdaşları ilə etirazçılar arasında çox amansız toqquşma oldu, 11 nəfər öldü, 25 min nəfər yaralandı, 10 mindən çox insan ittiham olundu. Makron üçün Gürcüstanda baş verənlərdə təəccüblü heç nə olmamalıdır”.
Demokrat.az