EN

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Imperial Springs” Beynəlxalq Forumunda iştirak edib

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabr 11-12-də Madriddə keçirilən “Imperial Springs” Beynəlxalq Forumunda 40-dan çox ölkədən 100-dən çox siyasi lider, beynəlxalq ekspertlər, o cümlədən keçmiş dövlət və hökümət başçıları, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirin açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpinin müraciəti səsləndirilib. Müraciətdə dünyanın multilateralizmin əsas dəyərlərinə və əsas prinsiplərinə sadiq qalmağa həmişəkindən daha çox ehtiyac duyduğu vurğulanıb.

Forumda “Qlobal əməkdaşlığın genişləndirilməsi: bəşəriyyət üçün ortaq gələcəyin formalaşdırılması”, “İnkişaf üçün maliyyələşdirmə: Dayanıqlı İnkişaf Məqsədlərinin tam həyata keçirilməsinə doğru”, “Qlobal Strateji Sabitlik” "Gələcəyin paktı və COP29" kimi mövzularda sessiyalar keçirilib.

Forumda əsas tərəfdaşlardan olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq prezidentləri Petar Stoyanov və Rozen Plevneliyev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın BMT-də daimi nümayəndəsi və sabiq Baş naziri Zlatko Laqumdziya, Moldovanın sabiq Baş naziri Kiril Qaburiçi, Belçikanın sabiq Baş naziri İv Leterme, Gürcüstanın keçmiş Baş nazir müavini Eka Tkeşelaşvili, BMT Baş Assambleyasının 77-ci prezidenti Ksaba Korosi, 73-cü prezidenti Maria Fernanda Espinoza, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser iştirak ediblər.

Qeyd edək ki, “Imperial Springs” 2014-cü ildən qlobal məsələlərlə bağlı qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq edən yüksək səviyyəli platforma kimi fəaliyyət göstərir.

 

Chosen
19
3
azertag.az

4Sources