EN

ABŞ Gürcüstan rəsmilərinə viza məhdudiyyəti qoydu...

Image

ABŞ Dövlət Departamenti Gürcüstanın bəzi rəsmi şəxslərinə viza məhdudiyyəti qoyub. 

Dövlət Departamentinin bununla bağlı yaydığı açıqlamada 20-yə yaxın Gürcüstan vətəndaşına, o cümlədən nazirlər, parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik xidmətlərinin nümayəndələrinə viza məhdudiyyəti qoyulduğu bildirilir..

Qeyd edilir ki, ABŞ Gürcüstanda demokratiyaya xələl gətirənlərə cavab vermək üçün əlavə tədbirlər, o cümlədən sanksiyalar hazırlayır. "Gürcüstan xalqı ilə birlikdə biz Avro-Atlantik birliyə möhkəm inteqrasiya olunacaq güclü, firavan və demokratik Gürcüstan görmək istəyirik. Bugünkü hərəkətlərimiz ABŞ-ın qəti qərarını nümayiş etdirir və “Gürcü Arzusu” ilə əlaqəli 100-dən çox insana və onların ailələrinə təsir edən əvvəlcədən elan edilmiş tədbirlərə əlavədir”. – deyə Departamentinin açıqlamasında bildirilir.

TAHİR





Chosen
27
baki-xeber.com

1Sources