EN

İsrail Livandan qoşunlarını çıxarmağa başlayıb

İsrail Hizbullah hərəkatı ilə imzalanan atəşkəs razılaşması çərçivəsində Livanın cənubundan ilk qoşun qrupunu çıxarıb.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"Mərkəzi Komandanlığın rəhbəri Maykl Kurila bu gün Əl-Xiamda İsrail Müdafiə Qüvvələrinin ilk çıxarılması və onların Livan silahlı qüvvələri ilə əvəzlənməsi mərasimində iştirak edib", - deyə məlumatda vurğulanıb.

Bildirilir ki, noyabrda əldə olunan razılaşmalar o deməkdir ki, Livanın cənubuna yalnız ölkənin silahlı qüvvələri və BMT sülhməramlıları nəzarət edəcək, İsrail ordusu və Hizbullah qüvvələri isə atəşkəsdən sonra 60 gün ərzində oradan tamamilə geri çəkiləcək.

Xatırladaq ki, noyabrın 25-də İsrail və "Hizbullah" arasında atəşkəs sazişi imzalanıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
44
50
missiya.az

10Sources