EN

Əziz Orucovun ittihamı yüngülləşdirildi

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova verilmiş ittiham yüngülləşdirilib.

Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, ibtidai istintaqın sonunda ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı ləğv edilib.

Onun üzərində yalnız 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ittihamı saxlanılıb. Həmin maddənin sanksiyasında 3 ilə kimi həbs və ya azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur.

Kanal rəhbərinin ağır ittihamı götürüldüyü üçün onun işi Səbail Rayon Məhkəməsinə göndərilib

Chosen
11
10
busaat.az

10Sources