EN

"SEPAH Suriyada çevrilişdən sonra ilk dəfə bəyanatla çıxış edib" - "The Quardian"

 
"İran Suriyada qeyri-sabitlikdən istifadə edən ABŞ və sionist rejimi tərəfindən sui-istifadə edilməsini qətiyyətlə pisləyir..."
 
İran Bəşər Əsədin devrilməsindən sonra Suriyada yeni reallıqlarla üzləşib.
 
Moderator.az xəbər verir ki, bu barədə İran İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Hüseyn Salami bəyan edib. Məlumatı "The Guardian" nəşri yayıb.
 
"İran həqiqətən gecə-gündüz bacardığı qədər kömək etməyə cəhd göstərib. Lakin indi biz Suriya reallıqları ilə yaşamalıyıq və baş verən hadisələrə istinad edərək hərəkət edirik.
 
"Strategiyalar şəraitdən asılı olaraq dəyişməlidir. Biz bir çox qlobal və regional problemləri durğunluq şəraitində eyni taktikanı tətbiq edə bilmərik", - Salami deyib. Daha sonra o, Suriyada hazırkı qeyri-sabitlikdən ABŞ və sionist rejimi tərəfindən sui-istifadə edilməsini qətiyyətlə pisləyib.
 
"Müqavimət cəbhəsi müqavimətimizin sarsıdılması və region ölkələrinin qüvvə və hakimiyyətlərinin zəiflədilməsinə yönələn istənilən plan və sxemlərə qarşı dayanmaqda passiv olmayacaq", - o, qeyd edib.
 
"Türkiyə öz qoşunlarını Suriyanın şimalında yerləşdirib, cənubda İsrail öz ordusunu Colan təpələrindən şərqə doğru ümumi sərhəddə BMT tərəfindən nəzarət edilən bufer zonasına göndərib. ABŞ-ın da həmçinin Suriyada qoşunları var və "İslam dövləti" ilə vuruşan kürd döyüşçüləri ilə əməkdaşlıq edir", - nəşr qeyd edib.
 
Xatırladaq ki, SEPAH nümayəndələri Britaniyanın "Dayly Telegraph" qəzetinə müsahibəsində deyib ki, İranın elit silahlı qüvvələrinin komandirləri Əsəd rejiminin iflasında və İranın regionda təsirinin itirilməsində bir-birini ittiham edir. Onların sözlərinə görə, bir çoxları "Qüds Qüvvələri" komandanı, briqada generalı İsmayıl Kaanini Əsəd rejimi ordusunun silahı yerə qoymasına imkan verməkdə ittiham edir.
Chosen
20
moderator.az

1Sources