EN

Türkiyədə ard-arda zəlzələ oldu

Türkiyənin Egey dənizi hövzəsində arda-arda zəlzələlər olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Egey dənizində səhər saatlarında 3.7 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin dərinliyi 8.51 kilometr olaraq qeydə alınıb. Həmçinin, Sultandağında (Afyonkarahisar) 12.51 km dərinlikdə 3.9 bal gücündə də zəlzələ olub.

Daha sonra isə Egey dənizi hövzəsində 4,8 bal gücündə zəlzələ baş verib. Zəzlələ yerin 15,73 km dərinliyində qeydə alınıb.

Tələfat və dağıntı qeydə alınmayıb.

Chosen
7
2
yenicag.az

6Sources