EN

Tehran hava çirkliliyinə görə dünyada birinci oldu

Hazırda İran paytaxtı Tehran hava çirkliliyi göstəricisinin 196-a çatmasına görə dünyanın ən çirkli şəhəri sayılr.

Bu, İsveçrənin “IQ Air” şirkətinin hesabatında qeyd olunub.

Qlobal hava keyfiyyətinin ölçülməsi sahəsində çalışan bu şirkət bir neçə böyük şəhərdə havanın keyfiyyətinin vəziyyətini açıqlayıb.

Hesabata əsasən, Tehrandan sonra Banqladeşin Dəkkə şəhəri ikinci, Pakistanın Lahor şəhəri isə üçüncü yerdədir.

Qeyd edək ki, son rəsmi məlumata görə, hava çirkliliyi səbəbindən bir həftə ərzində 4000 tehranlı tibb mərkəzlərinə müraciə edib.

 Bu hesabatda havanın çirklənməsini və onun əhalinin sağlamlığına təsirini azaltmaq üçün tədbirlərin görülməsinin vacibliyi vurğulanır.

visiontv.az



Chosen
20
visiontv.az

1Sources